22 C
Baku
Friday, September 20, 2024

Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq

“BP-nin Azəri-Çıraq-Günəşli (AÇG) yatağında neft hasilatını artırması ixracı artıracaq və yüksək enerji qiymətləri Azərbaycan dövlət büdcəsini dolduracaq”.

Bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin hesabatında bildirilib.

Qeyd edilib ki, Yaxın Şərqdəki gərginlik təbii qaza tələbin güclü qaldığı bir vaxtda xam neft qiymətlərinə artan təzyiq göstərib. Əsas karbohidrogen istehsalçısı və ixracatçısı kimi bu dinamika Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. “Neft və Qaz komandamız Brent neftinin 2024-cü ildə orta hesabla 85 dollar/barel, 2025-ci ildə isə 82 dollar/barel olacağını proqnozlaşdırır”, – FS-nin şərhində əlavə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər