13 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bank investisiya şirkəti ilə bağlı məcburi göstəriş verdi

“Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edilib və barəsində icrası məcburi göstəriş verilib.

Banker.az bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankından əldə edir.

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınmış, pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verilib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Capital Partners İnvestisiya Şirkəti”ni 2020-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun nizamnamə kapitalı 400 min manatdır

Son xəbərlər
Digər xəbərlər