15 C
Baku
Saturday, October 19, 2024

İsveçrə Rusiya ilə əlaqəli daha 1.5 mlrd. dollarlıq aktivləri dondurub

Sanksiyalar çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya ilə bağlı aktivlərin dəyəri aprel ayından bu yana 1.3 milyard frank (1.5 milyard dollar) artıb. Bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) bəyanatında deyilir.

“13 avqust 2024-cü il tarixinə İsveçrədə 7.1 milyard frank dəyərində maliyyə aktivləri, 17 daşınmaz əmlak, o cümlədən idman və dəbdəbəli avtomobillər, sənət əsərləri, mebel və fiziki şəxslərə, şirkətlərə və təşkilatlara məxsus aktivlər dondurulub”, – sənəddə deyilir, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Aprel ayında İsveçrədə dondurulmuş Rusiya aktivlərinin dəyəri, SECO-nun məlumatına görə, 5.8 milyard frank (təxminən 6.7 milyard dollar) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər