23 C
Baku
Friday, September 20, 2024

Avropa il ərzində Azərbaycan qazının idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Avropa ittifaqı boru kəmərləri ilə 93 mlrd. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 5% çoxdur.

Bu barədə Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hesabatında bildirilir.

 

Hesabata əsasən, qeyd olunan göstəriciyə 2023-cü ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxalın 3,1 mlrd. kubmetr, Norveçdən idxalın 1,4 mlrd. kubmetr və Azərbaycandan 0,7 mlrd. kubmetr artması səbəb olub.

Vurğulanır ki, həm Rusiya, həm də Azərbaycandan 2024-cü ilin hər ayında Aİ-yə boru kəməri qazının tədarükü üzrə illik artım qeydə alınıb.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər