20 C
Baku
Wednesday, October 9, 2024

Bakıda bir sıra təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq

Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq.

Banker.az xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Belə ki, bir sıra özəl liseylər yeni tədris ilinin 2-3-9 sentyabr tarixlərində başlayacağı barədə valideynlərə bildiriş göndərilib.

“Bakı Atatürk Liseyi”ndə yeni tədris ilinə 1, 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 9-dan, “İdrak liseyi”ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, “Kaspi liseyi”ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, “Baku-Oxford School”da yeni tədris ilinə bütün siniflər üzrə sentyabrın 2-dən, məktəbəqədər hazırlıq qrupları üzrə isə sentyabrın 3-dən başlanılacaq.

“LANDAU School”da ingilis dili sektoru üzrə ibtidai siniflər sentyabrın 2-dən, yuxarı siniflər isə sentyabrın 3-dən dərslərə cəlb olunacaq.

Son xəbərlər
Digər xəbərlər