2 C
Baku
Saturday, December 14, 2024

Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb

Yaponiya 2024-cü ilin iyul ayında Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalının həcmini 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63,9% azaldıb.

Bunu Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlar sübut edir.

Rusiya kömürünün alışı 80,2%, taxılının tədarükü isə 12,3% azalıb. Yaponiya bu dövrdə Rusiyadan neft idxal etməyib. Yalnız Yaponiya 2024-cü ilin iyul ayında Rusiyadan balıq və balıq məhsulları idxalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,8% artırıb.

Cari ilin iyul ayında Yaponiyadan Rusiyaya minik avtomobillərinin tədarükü də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,3% azalıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər