2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 36,553 mln. manatı xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaların payına düşəcək. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.
Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 11 mln. manat çoxdur.
Qeyd edək ki, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində bu il üçün dövlət büdcəsi gəlirlərinin 25,553 mln. manatı xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılmışdı.
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaların məbləğinin artması manatın xarici valyutalara olan yeni məzənnəsinin təsirinin nəzərə alınması ilə bağlıdır.
APA-Economics