10 C
Baku
Friday, November 1, 2024

Fransa məhkəməsi “Telegram”in yaradıcısının həbs müddətini uzadıb

Fransa məhkəməsi “Telegram” messencerinin təsisçisi Pavel Durovun həbs müddətini uzadıb.

Bu barədə AFP istintaqa yaxın mənbəyə xəbər yayıb.

Agentlik qeyd edib ki, həbs maksimum 96 saat davam edə bilər. Bu müddətin sonunda hakim ya onun azadlığa buraxılması barədə qərar verə bilər, ya da Durova qarşı ittiham irəli sürə bilər.

Qeyd edək ki, avqustun 24-də Fransada “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. İş adamı saat 20:00 radələrində (Bakı vaxtı ilə 2”:00) Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər