2 C
Baku
Sunday, December 15, 2024

Yaşayış binaları inşa edən “Kristal Bakı”nın sahibləri kimlərdir? – SİYAHI

Azərbaycanda binalar inşaat edən “Kristal Bakı” ASC-nin (Kristal Abşeron MTK-ya yaxın) səhmdarları məlum olub.

Banker.az xəbər verir ki, şirkətin 1100 manat nizamnamə kapitalı olan şirkətin əsas səhmdarı Pərviz Vəliyev Ağalar oğludur.

P.Vəliyev şirkətin nizamnamə kapitalının 50 faizinə sahibdir.  “Azəraqrartikinti” ASC-nin Sədr müavinidir. Ali təhsili olan P.Vəliyev Azərbaycan Dövlət İqtisadiyyat Universitetində maliyyə ixtisasına yiyələnib.

Şirkətin digər səhmdarı 25 faiz payla Araz Nəbiyev Mahayət oğludur.  “A+CO” ASC-nin direktor müavinidir. O da Azərbaycan Dövlət İqtisadiyyat Universitetində maliyyə ixtisasına yiyələnib.

Şirkətin səhmlərinin ¼-nə sahib digər səhmdar isə Fərid Nəbiyev Elbrus oğludur. Həmtəsisçi həm də “Kristal Bakı”-nin özündə maliyyə direktoru kimi çalışır. O, Britaniyanın London Universitetində biznesin idarə edilməsi ixtisasına sahib olub.

Fərid Nəbiyev və Araz Nəbiyev əmioğludurlar.

“Kristal Bakı”nın əsas fəaliyyəti yaşayış binalarının tikintisi və satışıdır. 2020-ci ildə təsis edilmiş şirkət 2022-ci ildə 131.87 mln. manat, 2023-cü ildə 51.517 mln. manat, 2024-cü ilin ilk altı aylıq dövründə isə 318.12 mln. manat gəlir əldə edib. 1 yanvar 2024-cü il tarixinə son üç fəaliyyət ilində (ikisində satışlar edib) zərərlər etdiyi üçün kəsr 30.1 milyon manatdan yuxarı yüksəlib. Şirkətin hesabatına əsasən, 2021-ci ildə 2.38 mln. manat, 2022-ci ildə 11.97 mln. manat, 2023-cü ildə isə 15.45 mln. manat zərər edib.

Son xəbərlər
Digər xəbərlər