Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yer 3 ildir seçilmir.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2 mindən artıq vakant yer var ki, onları üç ildir təqdim edirlər və bir müəllim belə seçmir.