16 C
Baku
Friday, November 22, 2024

Azərbaycan ADB ilə “yaşıl enerji” sektoruna xarici investisiyaların cəlbini müzakirə edib

Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə ölkənin “yaşıl enerji” sektoruna xarici investisiyaların cəlbini müzakirə edib.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Anar Axundovla ADB-nin Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq arasında aparılıb.

Görüşdə Azərbaycanın bank ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub, bankın ölkədə həyata keçirdiyi fəaliyyətlər yüksək qiymətləndirilib.

Tərəflər bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə bankın potensial dəstəyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Digər xəbərlər