“Monex Valyuta Mübadiləsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
Valyuta.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1, Badamdar B/M küçəsi, ev 6B, mənzil 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, MMC bu ilin aprel ayında yaradılıb, nizamnamə kapitalı 600 000 manatdır və qanuni təmsilçisi Elmar Aydınovdur.