12 C
Baku
Saturday, November 23, 2024

Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” və SCPC-də səhmlərin satınalınmasını tamamlayıb

Macarıstanın “MVM Group” şirkəti “Cənub Qaz Dəhlizi” (SGC) QSC-dən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən “South Caucasus Pipeline Company”də 4 % pay almaq üçün satınalma prosesini tamamlayıb.

“Satınalma avqustun 30-da tamamlanıb. Bu əlamətdar satınalma ilə “MVM Group” beynəlxalq mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək və şirkətin təbii qazın dəyərinin yaradılması zəncirindəki mövqeyini daha da şaxələndirəcək. Sövdələşmə Avropa İttifaqının qaz tədarükünün şaxələndirilməsi səylərinə, eləcə də milli enerji strategiyasına və “MVM Group”un inkişaf strategiyasına tam uyğundur”, – şirkətdən qeyd edilib.

MVM-in məlumatına görə, istismara veriləndən bəri “Şahdəniz” yatağından 225 milyard kubmetrdən çox qaz və 380 milyon barel kondensat hasil edilib. Yataq qaz ehtiyatlarına görə dünyada ən böyük yataqlardan biridir. O, hər il təxminən 29 milyard kubmetr qaz və təxminən 60 milyon barel kondensat hasil etmək gücündədir.

Xatırladaq ki, “MVM Group”un Şahdəniz layihəsində 5 % və SCPC-də isə 4 % pay almasına dair saziş iyunun 5-də Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.

“MVM Group”un baş icraçı direktoru Karoli Matray Bakı Enerji Forumunda çıxış edərək bildirib ki, bu sövdələşmə “MVM Group”un strategiyasında ən iri sazişdir və qaz tədarükünün şaxələndirilməsi və ölkənin bir mənbədən asılılığının azaldılması prosesində mühüm elementdir.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər