Yay mövsümündə Avropada təbii qazın qiyməti 16% artaraq min kubmetr üçün 449 dollar təşkil edib. Bunu London ICE birjasının məlumatları sübut edir.
Belə ki, may ayında qazın orta qiyməti 357 dollara yaxın olub, iyunda 380 dollara (+5%), iyulda 366 dollara (+9%), avqustda isə 437 dollara (+10%) yüksəlib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hazırda Avropanın yeraltı anbarları 92%-ə qədər doludur, orada ümumilikdə 102 milyard kubmetrdən çox qaz saxlanılır.