16 C
Baku
Friday, November 22, 2024

“AFB Bank”ın Müşahidə Şurasına təyinat

“AFB Bank” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilir.

Banker.az-a daxil olan məlumatda bildirilir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Amid Qənbərov Müşahidə Şurasına üzv seçilib.

A.Qənbərov karyerasının son 19 ildən çoxunu “Bank of Baku” ASC-də çalışıb. Bu müddət ərzində filial müdiri və 2018-ci ilin oktyabrından isə Partnyorlarla iş və alternativ satış departamentinin direktoru vəzifəsində işləyib.

“AFB Bank” 1 iyul 2024-cü il tarixinə olan məlumatlara əsasən, 297 mln. manat üzərində aktivlərə sahib olan bankıdır. Bank cari ilin birinci yarım ilini 634 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova, 0.18 %-i isə  Toğrul Hacıyev Ülvi oğlunaməxsusdur.

Son xəbərlər
Digər xəbərlər