18 C
Baku
Friday, September 20, 2024

Apellyasiya Şurası yaradılan qurumlarının sayı artır

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb.

Apellyasiya Şurasının Əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Nurəli Adil oğlu Yusifbəyli Apellyasiya Şurasının sədri, Agentliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər.
Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək.

Trend

Son xəbərlər
Digər xəbərlər