14 C
Baku
Thursday, October 31, 2024

Yeni “Apple Watch Series 10” və “Apple Watch Ultra 2” təqdim edilib

Amerikanın “Apple” korporasiyası “It’s Glowtime” təqdimatının bir hissəsi olaraq yeni “Apple Watch Series 10” saatını təqdim edib. Cihaz yenilənmiş dizayn və daha böyük displey alıb. Eyni zamanda, poladdan hazırlanmış bu model əvvəlki versiyadan 20% daha yüngül olub.

Aksesuar yarım saat ərzində 80%-ə qədər enerji yığır. Cihaz istifadəçinin yuxusunu izləyəcək və ayda bir dəfə hesabat yaradacaq ayrıca proqram da alıb.

Saat üç rəngdə təqdim ediləcək: gümüşü, qara və çəhrayı. Onun rənginə uyğun qayışlar da olacaq. “Apple Watch Series 10” artıq öncədən sifariş üçün əlçatandır, rəsmi satışların isə sentyabrın 20-də başlayacağı bildirilir.

“Apple” həmçinin qaçışı, məşqin başlanğıcını və sonunu, o cümlədən velosiped yürüşü və üzgüçülük kimi idman növlərini dəqiqliklə aşkarlayan GPS funksiyalı “Apple Watch Ultra 2″ni təqdim etdib. Cihaz qara titan rəngində sentyabrın 20-də satışa çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər