Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.
Nazirlər Kabineti bu barədə qərar verib.
Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti; Azərbaycan Rəssamlıq Akademiyası; Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.