13 C
Baku
Friday, November 22, 2024

ING Azərbaycanda gələn il üçün iqtisadi artım proqnozunu açıqlayıb

Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 3,5 %, 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.

Bu barədə şirkətin açıqladığı proqnozlarda bildirilir. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,3 faiz bəndi azalıb, 2025-ci il üçün 0,1 faiz bəndi artıb, 2026-cı il üçün isə dəyişməyib.

Hesabata əsasən, 2024-cü ilin üçüncü rübündə ÜDM artımı 3 %, dördüncü rübdə 2,5 % proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çox ümumi daxili məhsul istehsal olunub.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 2,3 %, 2025-2026-cı illərdə isə 2,4 % artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8 % olacağını proqnozlaşdırır. IMF 2025-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 %, 2029-2032-ci illərdə isə illik 2,4 % səviyyəsindən yuxarı olacağı proqnozlaşdırılıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.

“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliy ölkə iqtisadiyyatının bu il 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər