18 C
Baku
Friday, November 22, 2024

“Amazon” bulud infrastrukturu yaratmaq üçün Böyük Britaniyaya $10 mlrd. sərmayə qoyur

Amerikanın “Amazon.com Inc.” şirkəti növbəti beş il ərzində Böyük Britaniyaya 8 milyard funt sterlinq (10.5 milyard dollar) sərmayə qoymağı planlaşdırır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkətin “Amazon Web Services” (AWS) bölməsi bu vəsaitləri bulud infrastrukturuna və süni intellekt sahəsində inkişafa yatıracaq.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz hökumətin saytındakı mesaja görə, bunun ölkədə 14 minə yaxın iş yeri yaradacağını bildirib.

İnvestisiyasının 2024-2028-ci illər arasında Böyük Britaniyanın ÜDM-ni 14 milyard funt sterlinq artıracağı gözlənilir.

2024-cü ilin əvvəlindən “Amazon”un kapitallaşması 18.2% artaraq 1.88 trilyon dollara çatıb, “Nasdaq Composite Index” isə 13.4% dəyər qazanıb.

Son xəbərlər
Digər xəbərlər