12 C
Baku
Saturday, November 23, 2024

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 17% azalıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 86,1 milyon manat vəsait yönəldilib.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% azdır.

8 ay ərzində istifadə olunmuş vəsaitin 22,9 milyon manatı və yaxud 26,6%-i məhsul istehsalı sahələrinə, 21,3 milyon manatı və yaxud 24,8%-i xidmət sahələrinə, 41,9 milyon manatı və yaxud 48,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala vəsait qoyuluşunun 68,6 milyon manatı və yaxud 79,7%-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 16% azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər