Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48,2 faiz artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 8 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu ilin yanvar-avqust aylarında 94 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrinin 57-si qeyri-yaşayış sahələrinə, 37-si isə torpaq sahələrinə aid olub.

Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə bu ilin 8 ayı ərzində 249 min manatdan artıq vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,2 faiz çoxdur.

Mənbəazərtac
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər