11 C
Baku
Monday, November 25, 2024

Azər Türk Bank JCB International şirkəti ilə tərəfdaşlığa başladı

®Dövlət bankı Azər Türk Bank Yaponiyanın JCB (Japan Credit Bureau) International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı.

Bu ödəniş sisteminə aid kartlar vasitəsilə ölkədə Banka aid ATM-lərdə əməliyyatlar və POS-terminallar vasitəsilə ödənişlər mümkün olacaq.

JCB brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edəcəkdir.

Qeyd edək ki, JCB bank kartlarının emissiyası üzrə ixtisaslaşmış dünya şirkətlərinin beynəlxalq reytinq siyahısında ilk 5-liyə daxildir. 60 ildən çoxdur bu sahədə fəaliyyət göstərən şirkətin müxtəlif ölkələrdə 158 milyon kart müştərisi var. Şirkət kart qəbulu nöqtələrinin sayına görə dünyada üçüncüdür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər