9 C
Baku
Friday, December 13, 2024

Mobil rabitədən 65 milyon manata yaxın gəlir əldə olunub

Bu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 130,4 milyon manatlıq xidmət göstərib.
Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, onun da 71,6 faizi əhali sektoruna aid olub.

2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 7,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 49,5 faizi və ya 64,6 milyon manatı mobil telefon rabitəsindən yaranıb.

lent.az

Son xəbərlər
Digər xəbərlər