14 C
Baku
Saturday, November 23, 2024

“Hermes Finance” 150 min manatlıq səhm buraxır

17 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Hermes Finance” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 19 sentyabr 2024-cü il tarixinə kimi 3  gün ərzində “Hermes Finance” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 20 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Hermes Finance” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001020523

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

500 (ədəd)

İlkin ticarət qiyməti

300 manat

Buraxılış həcmi

150,000 manat

Anderrayter

“Assist Finance İ.Ş.” ASC

Ticarətə buraxılma tarixi

20.09.2024

Son xəbərlər
Digər xəbərlər