23 C
Baku
Friday, September 20, 2024

İran Prezidenti: İran və Azərbaycan azad iqtisadi zonalara birgə sərmayə yatıracaq

İran və Azərbaycan azad iqtisadi zonalara birgə investisiya qoymaq imkanlarını müzakirə ediblər. Bunu İran Prezidenti Həsən Ruhani Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

H.Ruhani qeyd edib ki, tərəflər bank, sığorta və birgə investisiya qoyma sahələrində, prezidentler ilham ruhanio cümlədən İranın “Araz”, “Ənzəli” və “Maku” azad iqtisadi zonalarına investisiya yatırmaq üzrə gələcək əməkdaşlığı müzakirə ediblər: “Enerji əməkdaşlığına gəlincə, neft və qaz məsələləri, elektrik enerjisinin mübadiləsi, eləcə də Xəzərdə karbohidrogenlərin birgə hasilatı üzrə konstruktiv danışıqlar apardıq”.

İran Prezidenti bildirib ki, tərəflər iqtisadi və siyasi məsələlərlə yanaşı, mədəniyyət və turizm, dəniz daşımalarının və aviasiyanın inkişafını da müzakirə ediblər.

Trend

Son xəbərlər
Digər xəbərlər