Rusiyalı fermerlər yağlı bitkilər istisna olmaqla, 6.3 milyon hektar payızlıq bitkilər əkiblər ki, bu da son on ildən artıq bir müddət ərzində bu mövsüm üçün ən aşağı göstəricidir. Ukraynada isə əkin sahələri keçən ilə nisbətən təxminən iki dəfə azalıb. Banker.az bunu bir sıra nüfuzlu agenitliklərə istinadla xəbər verir.
Rusiyada və Ukraynada torpaqlarındakı quraqlıq gələn ilin buğda məhsulu yığımını təhlükə altına qoyur. Bu, artıq hava şəraitindən və davam edən hərbi əməliyyatlardan əziyyət çəkən fermerlər üçün əlavə bir başağrısına çevrilib. Bu ölkələrdə bəzi ərazilər, qlobal buğda ixracatının dörddə birindən çoxuna sahibdir, lakin hazırda bəzi məhsulların əkilməsi üçün torpaqlar çox qurudur.
Fermerlərin hava şəraitinin yaxşılaşmasını gözləmək və itirilən vaxtı bərpa etmək üçün hələ vaxtları var. Lakin mövcud problemlər payızlıq bitkilərin əkin müddətini azalda bilər, bu da illik kənd təsərrüfatı məhsulunun əsas hissəsini təşkil edir.
Moskvada yerləşən IKAR konsaltinq şirkətinin direktoru Dmitriy Rılko bildirib ki, Rusiyanın Avropa hissəsində böyük bir quraqlıq yaşanır. Onun sözlərinə görə, fermerlər “tozun içində əkinə” risk etmirlər.
Bu, gələn mövsümün tədarük riskləri ilə bağlı erkən bir xəbərdarlıqdır. Buğdanın qiymətləri Rusiya Ukrayna müharibsəsi başladıqdan sonra qeydə alınan ən yüksək səviyyədən xeyli aşağı olsa da, son həftələrdə Qara dənizdən tədarük problemləri səbəbindən bir qədər artıb.
Ukraynada buğda istehsalı hazırda müharibədən əvvəlki səviyyənin üçdə biri qədərdir. Rusiyada isə son məhsul əlverişsiz hava şəraitinə görə təxminən 10% azalıb.
IKAR-ın məlumatına görə, rusiyalı fermerlər yağlı bitkilərdən başqa 6.3 milyon hektar payızlıq bitki əkiblər ki, bu da son onillikdə bu vaxt üçün ən aşağı göstəricidir. Ukraynada isə əkin sahələri keçən ilə nisbətən təxminən iki dəfə azalıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sentyabrın ilk həftəsində Ukraynada və Rusiyanın qərbində temperatur normadan 7 dərəcə yüksək olub, bu da torpaqların “nəmdən məhrum olmasına” səbəb olub.
Ukraynanın “HarvEast” şirkətinin baş direktoru Dmitriy Skornyakov bildirib ki, ölkədə torpaqlar payızlıq bitkilərin əkilməsi və əkinə hazırlıq işlərinin aparılması üçün çox qurudur.
“Ukraynada raps əkin sahələrinin azalacağına əminik, çünki onun əkilməsi üçün münasib vaxt tezliklə bitəcək” – deyə, ekspert qeyd edib.
“Buğda və arpa ilə bağlı isə hələ vaxtımız var.”