16 C
Baku
Friday, October 18, 2024

İcbari Sığorta Bürosunun rəhbərliyinə təyinat olub

İcbari Sığorta Bürosunun (İSB) İcraçı Direktoruna müavin təyin edilib.

Banker.az xəbər verir ki, Seymur Mirzəyev bu vəzifəyə təyin edilib.

O, 2024-cü ilin sentyabrından bu vəzifənin icrasına başlayıb.

S.Mirzəyev 12 ilə yaxındır ki, İSB-də çalışır. Son iki ili Biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

İSB-yə rəhbərlik 2024-cü ilin ikinci yarısından etibarən Vüsal Məsiyevə həvalə edilib. Buna qədər isə bu vəzifədə Rəşad Əhmədov çalışmışdı.

İcbari Sığorta Bürosu 2011-ci ildə təsis edilib. İSB “İcbari sığortalar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun fəaliyyətini tənzimləyir.

 

Son xəbərlər
Digər xəbərlər