13 C
Baku
Friday, November 22, 2024

“AFB Bank”ın rəhbərliyinə təyinat

“AFB Bank” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib.

Banker.az xəbər verir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Amanova Şadiyyə Mail qızı Müşahidə Şurasının üzvü seçilib.

Şadiyyə Mail qızı Amanova 1997 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis İqtisadiyyatı və İdarəetmə” ixtisası üzrə bakalavr, 2001 – 2003–cü illərdə isə həmin universitetin “Maliyyə və Kredit ” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2019-2022-ci illərdə ATMU-də İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üçün təhsil almış, 12 sayda elmi əsərləri müxtəlif beynəlxalq və yerli jurnallarda dərc edilmiş və 2024-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir. 

Şadiyyə xanım ixtisası üzrə bir çox yerli və beynəlxalq seminar, treyninq-kurslarda, simpoziumlarda iştirak etmiş, 2019-cu ildə Harvard Vpal – Fintech online kursunu müvəffəqiyyətlə bitirmişdir. 

O, maliyyə sektorunda 19 illik fəaliyyəti ilə ilk olaraq 2005-ci ildə Zaminbank ASC-də başlamış, 2009-cu ildən bu günə kimi AFB Bank ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışır. Hal-hazırda bankda Audit komitəsinin sədri olaraq əmək fəaliyyətini davam etdirir.

 

Son xəbərlər
Digər xəbərlər