“İpoteka kreditləri məbləğin artırılması gözlənilir, faiz dərəcəsinin aşağı salınması isə yeni yaradılan “Azərbaycan İpoteka Fondu” ASC-nin səlahiyyətində olacaq”. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Baş bankirin sözlərinə görə, sosial ipoteka üzrə faiz dərəcələrində heç bir dəyişiklik olmayacaq. “Kommersiya ipotekasına gəlincə isə, faiz dərəcəsi müzakirə mövzusudur. Bazarda yeni reallıqlar var. Bu reallıqlara uyğun olaraq, qərar qəbul olunacaq. Yeni yaradılacaq “Azərbaycan İpoteka Fondu” ASC dövlətdən, dövlət büdcəsindən vəsait gözləməməlidir. Fondun özü qiymətli kağızlarını buraxmaqla, bazardan vəsait cəlb edə, qiymətli kağızlara xarici investorların marağını artıra bilər. Bu, Mərkəzi Bankın mövqeyidir. Belə olduğu halda, daha çevik faiz siyasəti həyata keçiriləcək. Bilirsiniz ki, ilkin olaraq sosial ipoteka üçün dövlət büdcəsindən Fonda 50 milyon manat ayrılacaq. Bazardan da əlavə vəsait cəlb olunacaq. Hesab edirəm ki, Mərkəzi Bank da özünün məqsədlərinə müvafiq olaraq, ölkədə iqtisadi stabilliyi təmin etmək üçün bu proqramda iştirak edəcək”, – deyə E. Rüstəmov qeyd edib.
APA-Economics