16 C
Baku
Friday, November 22, 2024

Taleh Ziyadov: “Azərbaycan Çindən Avropayadək “yaşıl dəhliz”in yaradılması təşəbbüsü ilə çıxış edir”

Azərbaycan Çindən Avropaya Orta Dəhliz marşrutu üzrə “yaşıl dəhliz” yaratmaq niyyətindədir.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Orta Dəhlizi “yaşıl”a çevirmək üçün ona cəlb olunan bütün tərəflərin səyləri birləşdirilməlidir:

“Bu, liman, dəmir yolu və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) və digər bütün qurumları əhatə edir. Bundan sonra digər bütün ölkələr – Qazaxıstan, Çin və sair. Hazırda koordinasiya gedir. “Yaşıl dəhliz”in hər kəs üçün vacib olduğu başa düşülür”.

T. Ziyadov hesab edir ki, “yaşıl dəhliz” üçün çox böyük tələblərə ehtiyac yoxdur: limanların “yaşıl sertifikatlaşdırılma”sı, dəmir yollarının təmiz enerjiyə (günəş, külək enerjisinə) keçirilməsi.

O xatırladıb ki, 2026-cı ildə Avropa İttifaqı karbon vergisi tətbiq etmək niyyətindədir.

“Bu o deməkdir ki, əgər hər hansı bir konteynerniz Avropa İttifaqına gələrsə, onlar onun çatdırılmasında istifadə olunan mənbəyə baxacaqlar. Əgər mənbə yaşıl deyilsə, vergi tutulacaq. Bizim ideya ondan ibarətdir ki, Çindən Avropaya qədər tamamilə yaşıl olan bir dəhliz yaradaq və hətta sabah vəziyyət dəyişsə belə, hər kəs məhz bu dəhlizi yaşıl olduğu üçün istifadə etmək istəsin”, – T.Ziyadov bildirib.

O qeyd edib ki, Qazaxıstanda hidrogendən “yaşıl yanacaq” kimi istifadə imkanı çox ciddi şəkildə nəzərdən keçirilir: “Düşünürəm ki, 5-10 il ərzində hidrogen ümumi istifadə üçün daha əlçatan olacaq”

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Son xəbərlər
Digər xəbərlər