23 C
Baku
Saturday, October 5, 2024

Şirkət nümayəndəsi: “Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısını alacaq”

“Azərsun Holding” MMC-nin oktyabrın 3-də Prezident İlham Əliyev tərəfindən Cəbrayılda təməli qoyulan alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısının alınmasına öz müsbət təsirini göstərəcək.

Bunu “Azərsun Holding” MMC-nin nümayəndəsi Yalçın Xəlilov deyib.

Onun sözlərinə görə, ümumi ərazisi 20 min kvadratmetr olan bina və tikililərdə qazlı və qazsız su, soyuq çay və qəhvə, limonad və meyvə şirələrinin istehsalı nəzərdə tutulub: “Kompleksin istehsal tutumu 250 milyon pet qablaşdırma, 350 milyon isə aliminium tənəkə qutu təşkil edir. Ölkəmizdən valyuta axının qarşısının alınmasına öz müsbət təsirini göstərəcək kompleksə müasirlik və dayanıqlılıq prinsipinə əsaslanaraq ən mütərəqqi avadanlıqlar gətiriləcək. Kompleksimizdə “yaşıl istehsal” naminə alternativ enerji mənbələrindən, minimum enerji sinfinə aid texnologiyalardan istifadə olunacaq. Həmçinin nəqliyyat parklanmasında elektromobillərin, əlavə olaraq tullantıların minimuma endirilməsi üçün ən müasir istehsal və texnologiyaların istifadəsi ətraf mühitin qorunmasında, xüsusən də ictimai yaşayışın təmininə öz müsbət faydasını verəcək”.

MMC nümayəndəsi qeyd edib ki, kompleks tam gücü ilə istifadəyə verildikdən sonra Cəbrayıla köçən 300 yerli sakin kompleksdə işlə təmin ediləcək.

O əlavə edib ki, kompleksin istifadəyə verilməsi üçün ilkin mərhələdə 35 milyon manat dəyərində investisiya qoyuluşu nəzərdə tutulub.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər