10 C
Baku
Monday, January 13, 2025

Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb

Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) birinci müavini Bəhruz Quliyev Bakıda “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib.

“Gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub. Yeni çağırışlara cavab olaraq gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intelekt əsaslı layihələrin tətbiqi prioritet məsələlərdən biridir”, – o qeyd edib.

Onun sözlərinə görə, ixracın təşviqi çərçivəsində qeyri-neft ixracının stimullaşdırılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib və yaxın günlərdə bu haqda məlumat veriləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər