16 C
Baku
Monday, October 14, 2024

Bank VTB (Azərbaycan) 3-cü rübü 6 milyon manat mənfəətlə başa vurdu

“Bank VTB (Azərbaycan)” ASC 2024-cü ilin 9 ayını 6 milyon 140 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə bank 8 milyon 643 min manat mənfəət etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 9 ayında “Bank VTB (Azərbaycan)”ın cəmi gəlirləri 33 milyon 451 min manat, cəmi xərcləri 27 milyon 746 min manat təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında bankın cəmi aktivləri 299 milyon 153 min manat olub ki, bu da 2023-cü ilin dekabr ayının sonu ilə müqayisədə 20% artıb. Bunun 225 milyon 69 min manatı müştərilərə verilmiş kreditlərdir.

Son xəbərlər
Digər xəbərlər