Azərbaycanda xaricdən idxal etdiyi bəzi xam taxta məhsullarının qiymətləri yüksəlsə də, hazır məhsullarda qiymətlər bahalaşıb. Taxta həmişəki kimi Belarus və Rusiyadan alınıb.
Banker.az xəbər verir ki, ölkənin ən böyük idxal etdiyi taxta uzununa doğranmış şam ağacından materialların həcmi ilin ilk yeddi ayında 387.28 min kub-metr (ümumi dəyəri 82 mln. dollar) təşkil edib. Bu, 2023-cü illə müqayisədə az (401.88 min kub-metr) olsa da, qiymətlər bu il bir qədər yuxarıdır. Keçən il bir kub-metr şam ağacının qiyməti 208.08 dollar olduğu halda, qiymətlər bu il 211.73 dollara qalxıb. Bu, qiymətlərin illik 3.66 dollar və ya 2% artımıdır.
Oduncaqdan ağacyonqarlı plitələrin həcmi isə 157.36 min kub-metr olmaqla 33.96 dollarlıq idxal həyata keçirilib. Bir kub-metr ağacyonqarlı plitələr son bir ildə 195.19 dollardan 215.82 dollara yüksəlməklə, illik hər kub-metrdə 20.63 dollar və ya 11% əlavə xərc artırıb.
Fanerin bir kub-metrinin qiyməti isə 282.08 dollardan 293.67 dollara yüksəlməklə, illik 11.59 dollar (4%) bahalaşıb.