17 C
Baku
Monday, October 14, 2024

Azərbaycanda ən sərfəli nağd kredit verən banklar – SİYAHI (oktyabr)

Həyatda elə vəziyyətlər olur ki, öz vəsaitiniz bəzi planlaşdırılmış şeylər və ya hadisələr üçün kifayət etmir. Nağd pul krediti belə vəziyyətlərdə kömək edəcək bir seçimdir. Bu bank məhsulunun bir sıra üstünlükləri var. Kredit seçərkən vacib məqam faiz dərəcəsidir. Müqavilə imzalamazdan əvvəl kreditin məbləğinə, o cümlədən komissiya, sığorta və s.-yə diqqət yetirmək lazımdır. Ödənişlər üçün rahat olan kredit müddəti seçin. Nə qədər müddət çoxdursa, ayda bir o qədər az pul qaytarırsınız.

Banker.az  banklarda 2024-cü ilin oktyabr ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.8%-26% aralığında müəyyən edilib.

Ən sərfəli şərtlərlə, aşağı faizlə nağd kredit təklif edən biri də m10-dur.

*m10 nağd kredit məhsulu 2024-cü ilin iyul ayında yaradılıb və Kapital Bankın nağd kreditini təklif edir. Məqsəd – daha asan yolla bank kartına sahib olmayan/sahib olmaq istəməyən vətəndaşların nağd kredit almasını təmin etməkdir. m10-da nağd kredit almaq çox az vaxt aparır, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan başqa heç bir sənəd tələb etmir, bir başa olaraq m10 balansına köçürülür və Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdırıla bilər. Krediti heç hara getmədən günün istənilən vaxtı almaq olmaq olar.

m10-da kreditin illik faiz dərəcəsi 10.9%-dən başlayır. Minimal məbləğ 300 manat, maksimal məbləğ isə 20 000 manatdır və 59 ayadək nagd kredit götürmək mümkündür. Cəmi 2 dəqiqəyə birbaşa m10 balansına 20 000-dək kredit əldə edə bilərsiz. Kredit tarixçəsi və aylıq ödəniş məbləğindən asılı olaraq kredit 0 və ya 6 %-ə qədər komissiya ilə verilə bilər.

*ABB –  Faizsiz taksit kartı hədiyyə edilir. Nağd kreditə əlavə olaraq əldə edəcəyiniz pulsuz taksit kartı ilə alış-verişlərinizi də rahatlıqla edə, ödənişi də 24 ayadək faizsiz taksitlə edə bilərsiniz. Aşağı illik faiz dərəcəsi, yüksək kredit məbləği ilə uzun müddətə təklif edilən komissiyasız və zaminsiz nağd kredit puldur.

*Bank Respublika – “Bank Respublika”da kredit sifarişinin daha bir üstünlüyü ondan ibarətdir ki, krediti sifariş edən müştərilərə kredit məbləği karta köçürüləcək və kart birbaşa qeyd edilən ünvana çatdırılacaq.

*Bank Avrasiya – Kreditin verilməsi zamanı komissiya 0%, nağdlaşdırma isə 0.5% təşkil edir.

*Azər Türk Bank – Qeyd edək ki, iki ilədək olan müddətə götürülən kreditlər üzrə komissiya 0%-dir. Kampaniya 31 oktyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

*AFB Bank – Kampaniya 30.11.2024-cü il tarixinə qədər davam edəcək.

*Expressbank – Hazırda aktiv olan kredit kampaniyaları çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.

*Kapital Bank –  Sadəcə şəxsiyyət vəsiqənizin FİN kodu ilə əldə edə biləcəyiniz kredit üçün online müraciət formasını doldurmağınız kifayətdir. Sifariş formasını dolduraraq müraciəti tamamladıqdan sonra müraciətin təsdiqi üçün filiala yaxınlaşmağınıza ehtiyac yoxdur. Təsdiqləmə prosesi üçün Kapital Bank müştərilərinə videozəng və ya yerində təsdiqləmə xidmətini təqdim edir. Yerində xidmət, müraciətin təsdiqi üçün kredit mütəxəssisinin müştərinin evi və ya iş yerinə yaxınlaşaraq müraciəti rəsmiləşdirilməsi ilə həyata keçirilir.

nn

Son xəbərlər
Digər xəbərlər