Vergilər naziri Fazil Məmmədov özünə daha bir müşavir təyin edib. Məlumatına görə, bununla vergilər nazirinin müşavirlərinin ümumi sayı 8-ə çatıb
Vergilər nazirinin əmri ilə III dərəcəli dövlət vergi xidməti müşaviri Elçin Fərrux oğlu Məmmədov Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müşavir təyin olunub.
Nazirin digər əmri ilə III dərəcəli dövlət vergi xidməti müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinə rəis təyin edilib.
Report