13 C
Baku
Friday, November 22, 2024

“Nvidia” səhmləri yeni AI çipləri elan edildikdən sonra rekorda yaxınlaşır

Şirkət məhsul gecikmələri və uzunmüddətli böyümə perspektivləri ilə bağlı investorların narahatlıqlarını uğurla aradan qaldırdıqdan sonra “Nvidia” səhmləri kəskin bahalaşıb, bu barədə “Bloomberg” yazır.

Belə ki, oktyabrın əvvəlindən bəri “Nvidia” səhmləri 11% artıb və hazırda iyun ayında əldə edilən bağlanış rekordundan 1% azdır. İyunun 18-də ABŞ-də ticarət gününün sonunda qiymətli kağızların dəyəri 135.58 dollar olub. Oktyabrın 14-də premarketdə “Nvidia” səhmləri Bakı vaxtı ilə saat 16:29-da 1.07% artıb.

“Nvidia” səhmləri şirkətin baş direktoru Jensen Huang “Blackwell”in yeni nəsil süni intellekt çipinin tam istehsala keçdiyini və ona olan tələbin “ağılasığmaz yüksək” olduğunu söylədikdən sonra bahalaşmağa başlayıb.

“Morgan Stanley” analitikləri “Nvidia” rəhbərliyi ilə görüşdən sonra bildirdiriblər ki, “Blackwell” çipləri üçün sifarişlər 12 ay əvvəldən dolub və hər şey şirkətin biznesinin güclü və yüksək perspektivli olduğuna işarə edir.

“Bloomberg” yazır ki, bu bəyanatlar investorların “Nvidia” səhmlərinin süni intellektə ən yaxşı investisiyalardan biri olaraq qalması ilə bağlı fikirlərini gücləndirib, xüsusən də böyük şirkətlərin öz süni intellekt təşəbbüslərini inkişaf etdirmək planları fonunda.

Analitiklərin fikrincə, “Nvidia”nın gəliri cari maliyyə ilində iki dəfədən çox, növbəti ildə isə daha 44% artacaq, “Bloomberg” yazır.

Son xəbərlər
Digər xəbərlər