“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Fransanın xarici və milli valyutalarda uzunmüddətli emitentin defolt reytinqləri üzrə proqnozunu “stabil”dən “neqativ”ə dəyişib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Agentliyin press-relizinə görə, eyni zamanda, reytinqlər “AA-” səviyyəsində təsdiqlənib. Qısamüddətli reytinqlər “F1” səviyyəsində qalıb.
“Fitch” analitikləri daha böyük kəsir gözləyirlər ki, bu da dövlət borcunun kəskin artmasına gətirib çıxaracaq – 2028-ci ilə qədər ÜDM-in 118.5%-i qədər.
Onların hesablamalarına görə, 2024-cü ildə Fransa hökumətinin büdcə kəsiri ÜDM-in 6.1%-nə qədər artmalıdır ki, bu da hökumətin və “Fitch”in ÜDM-in yaz proqnozlarını əhəmiyyətli dərəcədə üstələyir.
Ekspertlər ölkənin 2025 və 2026-cı illərdə büdcə kəsiri ilə bağlı təxminlərini ÜDM-in 5.4%-nə çatdırıblar. 2026-cı ilin sonuna dövlət borcunun həcminin ÜDM-in 116.3%-i olacağı proqnozlaşdırılır. Bu, “AA” reytinqli dövlətlər arasında ikinci ən yüksək göstəricidir.
Agentliyin analitikləri iqtisadiyyatın indi 1.2%, 2026-cı ildə isə 1.3% artacağını proqnozlaşdırırlar.