11 C
Baku
Monday, November 25, 2024

Çin 24 ildən sonra ilk dəfə Vaşinqtona panda göndərir

İki nəhəng panda – Bao Li və Sin Bao – Çinin cənub-qərbindəki tədqiqat mərkəzindən götürülərək “Panda Express” adlı xüsusi “Boeing 777” təyyarəsi ilə Vaşinqtondakı zooparka göndərilib.

İyun ayında Çin son 20 ildə ilk dəfə ABŞ-a bir cüt nəhəng panda göndərib. Bir neçə ay əvvəl isə Çin lideri Si Cinpin “Çin və Amerika xalqları arasında dostluq səfirləri” olaraq San-Dieqo zooparkına pandaların göndərilməsini təklif edib.

Qeyd edək ki, dünyadakı bütün pandalar Çinin mülkiyyəti sayılır və icarə müqavilələri çərçivəsində başqa ölkələrə göndərilir. Bir qayda olaraq, hər bir heyvan üçün 250 min dollardan 1 milyon dollara qədər pul ödənilir. Ümumilikdə dünyada 1.6 min panda var, onlardan 30-a qədəri Çindən kənarda yaşayır.

Son xəbərlər
Digər xəbərlər