17 C
Baku
Tuesday, October 15, 2024

“Nvidia” kapitallaşmaya görə “Microsoft”u ötüb

Amerikanın qrafik prosessor istehsalçısı “Nvidia Corp.” kapitallaşmaya görə dünyanın ən böyük şirkətləri siyahısında “Microsoft Corp.”u keçərək reytinqdə ikinci yerə yüksəlib.

Banker.az xəbər verir ki, “Nvidia” səhmləri bazar ertəsi günü 2.4% bahalaşıb, onların qiyməti ilk dəfə 138 dollardan yuxarı qalxıb. “MarketWatch”in məlumatına görə, şirkətin bazar dəyəri 3.31 trilyon dollara, “Microsoft”un kapitallaşması isə 3.12 trilyon dollara çatıb.

İlin əvvəlindən bəri “Nvidia” kotirovkaları süni intellekt texnologiyalarının populyarlığı və yeni “Blackwell” çiplərinin satışı ilə bağlı yüksək gözləntilər sayəsində 2.8 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər