Elektriklə işləyən avtomobillərin, o cümlədən minik avtomobillərinin, kommunal nəqliyyat vasitələrinin, avtobusların və yük maşınlarının sayı gələn ilin sonuna qədər dünya üzrə 85 milyona çatacaq, bu barədə “Gartner” tədqiqat şirkəti proqnoz verib.
Bu ilin sonuna qədər dünyada təxminən 64 milyon elektrik avtomobil olacaq. Bu rəqəmə 45.87 milyon akkumulyatorlu elektrik avtomobili və 18.16 milyon hibrid daxildir.
Gələn il Çin yollarında elektriklə işləyən avtomobillərin sayı 58%, Avropada isə 24% artacaq. Bu iki bazar dünyada istifadə edilən bütün elektrik avtomobillərinin 82%-ni təşkil edəcək.