14 C
Baku
Tuesday, November 19, 2024

“Boeing” banklar konsorsiumu ilə 10 mlrd. dollarlıq kredit müqaviləsi bağlayır

Amerikanın təyyarə istehsalçısı “Boeing” işçilərin tətil etməsi səbəbindən maliyyə mənbələri tapmaq səyləri çərçivəsində banklar konsorsiumu ilə 10 milyard dollarlıq kredit müqaviləsi bağlyıb, bu barədə “Reuters” yazıb.

Bu açıqlamadan sonra “Boeing”in səhmləri 2% artıb. Kredit axtarışı şirkətin maliyyələşdirmə variantlarının şaxələndirilməsini göstərir, çünki “Boeing”in 2026-cı il fevralın 1-dək ödəniləcək 11.5 milyard dollar borcu var. Sentyabr ayında təxminən 33 min işçi işini dayandırdıqdan sonra şirkətin maliyyə problemləri daha da kəskinləşib.

Oktyabrın 15-də şirkət həmçinin səhm və istiqrazların təklifi ilə 25 milyard dollara qədər vəsait toplamaq üçün ABŞ bazar tənzimləyicisinə sənədlər təqdim edib. Analitiklər və investorlar borcun ödənilməsi zərurəti ilə əlaqədar olaraq 2024-cü ilin sonuna qədər kapital artırmağı gözləyirlər.

Qeyd edək ki, bu, 2008-ci ildən bəri “Boeing” işçilərinin ilk tətilidir. Onlar deyirlər ki, şirkətin son təklifindəki maaş və müavinətlər dolanışığa kifayət etmir.

Son xəbərlər
Digər xəbərlər