1 C
Baku
Saturday, December 14, 2024

ABB-dan 30 milyon manatı mənimsəməkdə təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb

Azərbaycan Beynəlxalq Bankından 30 milyon krediti götürərək mənimsəməkdə təqsirləndirilərək həbs edilən, Mingəçevir “İzolit” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyevin həbs müddəti artırılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə M.Mehdiyevin barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Trend

Son xəbərlər
Digər xəbərlər