11 C
Baku
Wednesday, November 13, 2024

Azərbaycanda dövlət istiqrazları üzrə gəlirlik 17%-ə yüksəlib

Martın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin tədavül müddətli 91 gün, həcmi 15 mln. manat olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə BFB-nin mətbuat xidməti məlumat verilib.

İstiqrazlar üzrə gəlirliliyin bazarda tələb və təklif əsasında formalaşması məqsədi ilə, ilk dəfə olaraq təqdim edilən sifarişlər üzrə emitent tərəfindən qiymət (gəlirlilik) həddi təyin edilməyib.

Eyni zamanda, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə xarici təcrübədə istifadə olunan “t+1” hesablaşma rejimi (hesablaşmaların ticarətdən sonrakı tarixdə həyata keçirilməsi) tətbiq edilib. Hesablaşmaların bu metodla həyata keçirilməsi zamanı investorlar tərəfindən hərracda iştirak üçün vəsaitlərin öncədən hesablaşma hesabına köçürülməsi tələb edilmir.

Hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 39 745 500 manat təşkil edib. Sifarişlər 95,77 manat (gəlirlik – 17,7644%) və 97,60 manat (gəlirlik – 9,8901%) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 95,9340 AZN (gəlirlik – 17,0464 %), orta ölçülmüş qiymət – 96,0337 (gəlirlik – 16,6112%) səviyyəsində müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi isə 15 mln. manat təşkil edib.

Qeyd edək ki, bu istiqraz emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2016-cı il mayın 31-də həyata keçiriləcək.

Report

Son xəbərlər
Digər xəbərlər