10 C
Baku
Thursday, December 12, 2024

“Moody’s” Çinin kredit reytinqini neqativə endirib

“Moody’s” beynəlxalq reytinq agentliyi Çinin kredit reytinqi üzrə proqnozunu stabildən neqativə endirib.

“İnterfax” agentliyi xəbər verir ki, “Moody’s” ölkənin artan xarici dövlət borcu ilə bağlı risklərə işarə edib.

Agentlik Çinin uzunmüddətli reytinqini “Aa3” səviyyəsində təsdiq edib. Bununla yanaşı, “Moody’s” bildirib ki, ölkənin inkişaf tempinin qorunmasına yönəlmiş müvafiq islahatların aparılmayacağı təqdirdə reytinq aşağı salınacaq.

“Moody’s” qeyd edir ki, Çinin dövlət borcunun ÜDM-də payı 40,6%-ə çatıb və 2017-ci ildə bu rəqəm 43%-ə çata bilər. Ölkənin valyuta ehtiyatları 762 mlrd. dollar azalıb.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər