“Azərbaycan yaxın həftələrdə iqlim strategiyasını elan edəcək”.
Bunu COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf forumunda çıxışında deyib.
O bildirib ki, Azərbaycanda iqlim gündəliyinin hazırlanmasında ciddi hazırlıq işləri görülür:
“Biz iqlim gündəliyinə çox gec qoşulmuşuq. Demək olar ki, əsas inkişaf etmiş ölkələrin hamısı, inkişafda olan ölkələrin əsas hissəsi iqlim gündəliyini səsləndirirlər. Artıq çox ambisiyalar qəbul edilib. Azərbaycanda da bu işin üzərində ciddi hazırlıq gedir. Biz də yaxın həftələrdə iqlim strategiyamızı elan edəcəyik”.