16 C
Baku
Friday, October 18, 2024

Mərkəzi Bank 110 ölkə ilə vahid taksonomiya üzərində işləyir

Mərkəzi Bankın xüsusi təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə 110 ölkəni birləşdirən vahid taksonomiya üzərində işləyirik. Artıq 80 ölkə ilə razılıq əldə edilib.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə qurumun təşkilatçılığı ilə keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda deyib.

“COP29 çərçivəsində 110 ölkənin bununla bağlı vahid sənədə imza atmasını hədəfləyirik. Bütün dünya üçün vahid taksonomiya ola bilməz. Hər ölkənin coğrafiya və iqtisadi reallıqları fərqlidir. Lakin bənzər və eyni prinsiplər üzərində qurulmuş taksonomiyaların qlobal səviyyədə bir-birilərini tanımaları əsas məqsədlərdən biridir. Yəni, bu keçərli olarsa gələcəkdə yerli banklar xaricdən daha rahat vəsait cəlb edə biləcək” – Şahin Mahmudzadə əlavə edib.

Son xəbərlər
Digər xəbərlər