“Naxçıvan Şərab” MMC cərimələnir.
Banker.az xəbər verir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib, məhkəməyə göndərilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində baxılacaq, hakim isə Gülnar Səfərəliyevadır.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.