11 C
Baku
Monday, November 25, 2024

Aİ Rusiyanın aktivlərindən əldə edilən gəlirdən Ukraynaya €18 mlrd. kredit ayırır

Almaniyanın maliyyə naziri Kristian Lindner Nyu-Yorka səfəri zamanı bildirib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Kiyevə 18 milyard avro kredit ayırmaq niyyətindədir.

Xatırladaq ki, dünən, okryabtın 22-də Avropa Parlamenti Avropa Komissiyasının Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyevə 35 milyard avro məbləğində kreditin ayrılması üçün təklif etdiyi mexanizmlə razılaşıb.

Kreditin lehinə 518 deputat, əleyhinə 56 deputat səs verib, daha 61 deputat bitərəf qalıb. Qeyd edilir ki, vəsaitin verilməsi Kiyevin effektiv demokratik mexanizmləri dəstəkləmək, insan hüquqlarına hörmət etmək və anlaşma memorandumunda əksini tapacaq digər şərtlərlə bağlı öhdəliyindən asılıdır.

Xatırladaq ki, may ayında Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını təsdiqləyib.

Oktyabrın 22-də “Nikkei Asia” qəzeti mənbələrə istinadən yazıb ki, G7 ölkələri Ukraynadakı müharibə bitdikdən sonra belə Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə qoymağı planlaşdırır. Assosiasiya rəhbərlərinin bu barədə oktyabrın sonuna kimi açıqlaması gözlənilir. Moskva Rusiya aktivlərinin bloklanmasını qanunsuz hesab edir.

Son xəbərlər
Digər xəbərlər